33 yaşlı kişini mobil telefonla danışarkən ildırım vurub
05.06.2016 894 0.0 0

Cəlilabadda bədbəxt hadisə baş verib.
 
Məlumata görə, rayonun Cəfərxanlı kənd sakini, 33 yaşlı Zahid Ədalət oğlu Əhmədov ötən gün axşam saatlarında əkin sahəsində mobil telefonla danışarkən onu ildırım vurub.
 
Hadisə yerindəcə dünyasını dəyişmiş mərhum bu gün dəfn olunub.
 
Z.Əhmədov 3 uşaq atası olub. Faktla bağlı araşdırma aparılır./apa/
 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar