331 nəfər Göyçay rayon sakini həbsdə olan hüquq müdafiəçisi vicdan məhbusu Taleh Xasməmmədov 24 fevral 2015-ci il tarixdə şərlənərək həbs olunduğunu irəli çəkərək ölkə başçısına müraciət ediblər.
Qazeta.info müraciəti olduğu kimi oxuyucuların diqqətinə təqdim edir.
"Onun xəstə olması bizi çox narahat etdiyindən biz Göyçay rayon sakinləri Prezident cənab İlham Əliyevə müraciət etməyi qərara aldıq.Biz həm yazılı müraciətimizi dövlət başçısı İlham Əliyevə poçt vasitəsi ilə göndərmişik, həmçinin mətbuat vasitəsi ilə də cənab Prezidentə müraciət edirik. Cənab Prezident hazırda hüquq müdafiəçisi Taleh Xasməmmədov Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə olunur.Əgər O uzunmüddətli həbsdə qalarsa məhv olacaq.Onun həyat və sağlamlığı çox ciddi təhlükədədir.Ağır xəstədir, qanında zəhərlənmə var, böyrəkləri işləmir, tez-tez beynində dözülməz ağrılar baş qaldırı. 15 nəfərlik ailələri bir evdə qalırlar ki, həmin evdə kreditə görə bankda girovdadır.Xasməmmədovlar ailəsi çox çıxılmaz bir vəziyyətdədirlər.Talehin İki azyaşlı uşağı və ailə üzvüləri gözü yaşlı qalıblar.Taleh Xasməmmədovun günahsız olmasını hamımız bilirik.
Olsun ki, Taleh barədə Sizə düzgün olmayan məlumatlar veriblər.Əslində isə Taleh Xasməmmədov hökumətin siyasətinə qarşı heç bir çıxış, hərəkət etməyib.Sadəcə olaraq rayonda hüquqları pozulmuş sakinlərə köməklik göstərib ki, bu da Göyçay rayon rəhbərliyinin xoşuna gəlməyib.Bütün bunlara baxmayaraq Taleh Xasməmmədovun ailəsi də , biz rayon sakinləri də ümüdümüzü üzməmişik ona görə ki, Azərbaycanın Sizin kimi humanist, ədalətli Prezidenti var. Məhz Sizin 26.12.2012-ci il tarixli əfv sərəncamınız ilə Taleh Xasməmmədov cəza çəkməkdən azad edilib azadlığa, doğmalarına qovuşmuşdur.İnanırıq ki, Siz Taleh Xasməmmədovun növbəti dəfə şərlənərk həbs edilmə faktını tam , hərtərəfli və obyektiv araşdırıb ədalətli qərar çıxarıb günahsız, ciddi xəstə olan Taleh Xasməmmədovu azad edəcəksiniz. Hörmətli Prezident biz Sizin mərhəmətinizə inanırıq. Sizdən çox-çox xahiş edirik həbsdə olan hüquq müdafiəçisi Taleh Xasməmmədovun azad olmasına köməklik göstərəsiniz. Allahdan Sizə uzun ömür , möhkəm can sağlığı və işlərinizdə daima uğurlar arzulayırıq."