Bu il yanvarın 31-də 1866-cı ildən bu vaxta qədər müşahidə edilməyən möhtəşəm bir hadisəyə şahidlik edəcəyik. Həmin gecə “super ay”, “mavi ay” və “qanlı ay” eyni vaxtda müşahidə ediləcək.
Xarici mediaya istinadən xəbər verilir ki, alimlər “nadir ay” deyilən bu hadisəni mütləq izləməyi məsləhət görür.
Dünya Günəşlə Ay arasına girəndə əgər kölgəsi tam olaraq Ayın üzərinə düşərsə, buna “tam ay tutulması” deyilir. Hər 2.5 ildən bir belə Ay tutulmasını Dünyada izləmək olur.
Tutulma zamanı Dünyanın atmosferindən keçən Günəş şüaları fitrlənir və Ayın üstündə qırmızı tonlar müşahidə edilir. Buna isə “qanlı ay” deyirlər.
“Mavi ay” ifadəsi isə bir ay içərisində iki dəfə Ay bədrlənəndə istifadə edilir. Bu da 2.5 ildə bir dəfə baş verir.
Ayın Yerə ən yaxın olduğu vaxtda baş tutan bədrlənməyə “super ay” deyilir. Bu zaman Ay adi vaxtlarda olduğundan 30 faiz daha parlaq və 14 faiz daha böyük görünür. Hər 411 ildən bir “super ay” hadisəsi baş verir.
Göy üzündə bu hadisələrin hər birinin fərqli vaxtlarda görünməsi nə qədər normaldırsa, onların hamısının eyni vaxtda baş verməsi də o qədər nadir haldır. Ay tutulması ilə birlikdə “qanlı ay”, super ay” və “mavi ay” sonuncu dəfə 1866-cı il martın 31-ə baş vermişdi. 152 il sonra 31 yanvarda bu hadisə yenidən təkrarlanacaq.
1 saat 16 dəqiqə davam edəcək tutulma Asiya qitəsi və okean ətrafı ölkələrdə daha yaxşı müşahidə ediləcək.
NASA alimləri isə “ayın sonunda baş verəcək bu nadir hadisəni izləməyi unutmayın” deyə xəbərdarlıq edib. Alimlər də 152 il sonra baş verəcək bu hadisəni izləmək üçün teleskoplarını Aya doğru çeviriblər./Publika.az/