Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Sentyabrın 30-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 12-15, gündüz 17-20, Bakıda gecə 13-15, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 55-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Sentyabrın 30-da hava şəraitinin gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturunun gecə 9-14, gündüz 16-21, dağlarda gecə 2-7, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.