Fələstin informasiya qaynaqlarının verdiyi məlumata görə, İsrail polisinin Qüdsün Silvan bölgəsindəki El Bustan məhəlləsində Zeydani ailəsinin evlərinə təşkil etdiyi əməliyyatda, 2 yaşındakı uşaqlarını həbs etdiyini bildirib.
Fələstinə məxsus olan Maan xəbər saytında dərc olunan xəbərə görə, İsrail təhlükəsizlik qüvvələri noyabrın 11 də səhər saatlarında Silvan bölgəsində yaşayan Zeydani ailəsinin evinə əməliyyat reallaşdırıb. İsrail polisi 16 yaşındakı Məhəmməd Ziyad Zeynanini nəzarətə aldıqdan sonra Həmzə Zeydaninin də həbs olunması ilə əlaqədar əllərində təlimat olduğunu söyləyiblər.
Qazeta.info Türk mətbuatına istinadən bildirir ki, Ailə üzvləri evə basqın edən İsrail polisinə, "Həmzə Zeydaninin neçə yaşında olduğunu bilirsinizmi? Bəhs olunan uşaq hələ 2 yaşındadır. Bu yaşda ilan uşaqla əlaqədar necə bir həbs qərarı çıxarıla bilər? "Deyərək reaksiya göstərdikləri bildirilir.
İsrail polisi evdə olan 3 kompüterı də ev sahibindən alaraq 16 yaşındakı Məhəmməd Ziyad Zeydani ilə bırabər polisə aparıldığı bildirilir.