29 yaşında nənə oldu
25.09.2015 986 0.0 0

Rusiyada çox qəribə hadisə olub. Məlumata görə, Nijni Novqorod vilayətinin 29 yaşlı sakini Anastasiya Knyazkova 29 yaşında nənə olub. Belə ki, 15 yaşında ana olan Anastasiyanın qızı da həmən yaşda ana olub. Nikita adlı oğul nəvəsi doğulan gənc nənə sevinc içində olduğunu deyib. Anastasiya Knyazkovanın 34 yaşlı əri isə baba olmasına hələ də inana bilmədiyini deyib. O, nəvəsinin 17 yaşlı atasının hələ tələbə olmasını nəzərə alaraq nəvələrini özlərinin böyüdəcəyini deyib.

Dünyanın ən gənc nənəsi 2011-ci ildə 23 yaşında nənə olan rumıniyalı Rifka Stanesku olub. 12 yaşında qızı Mariyanı dünyaya gətirən Stanesku qızının 11 yaşında ana olması ilə nənə statusu qazanmışdı. /modern.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar