29 iyunda gözlənilən hava şəraiti- Xəbərdarlıq
28.06.2017 1449 0.0 0

 Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən bildirir ki,

Bakıda və Abşeron yarımadasında  

İyunun 29-da hava şəraitinin gündüz dəyişkən buludlu olacağı, bəzi yerlərdə qısamüddətli yağış yağacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-23, gündüz 30-35, Bakıda gecə 20-22, gündüz 32-34 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz təşkil edəcək. 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda  22-23, Türkan, Hövsan, Sahil, Şıxda  24-25 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında

İyunun 29-da bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə  arabir güclənəcək.

Havanın temperaturunun gecə 18-23, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

Xəbərdarlıq

İyunun 29-30-da bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək bəzi yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı gözlənilir.  


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar