29 iyulda gözlənilən hava şəraiti
28.07.2017 897 0.0 0

Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən bildirir ki,

 

 

 

 

Bakıda və Abşeron yarımadasında 
İyulun 29-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. 
Havanın temperaturunun Abşeron yarımadasında gecə 22-26, gündüz 34-39, Bakıda gecə 24-26, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 40-45 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında
İyulun 29-da hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji xəbərdarlıq
İyulun 28-29-da Abşeron yarımadasında zəif küləklərin və nisbətən rütubətli hava şəraitinin üstünlüyü fonunda isti temperatur diskomfortu əksər əhali üçün çox əlverişsizdir. Gündüz saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar