Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Sentyabrın 28-də arabir yağış yağacağı, gecə və səhər yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 14-16, gündüz 17-20, Bakıda gecə 14-16, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Sentyabrın 28-də şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 11-16, gündüz 17-22, dağlarda gecə 3-7, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.