Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Oktyabrın 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 11-14, gündüz 18-23, Bakıda gecə 12-14, gündüz 21-23 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 764 mm civə sütunundan 757 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 55-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Oktyabrın 28-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 8-13, gündüz 18-23, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.
Xəbərdarlıq
Bəzi rayonlarda oktyabrın 28-i gündüzdən ayın sonunadək qərb küləyinin əsəcəyi, ayrı-ayrı yerlərdə arabir güclənəcəyi, oktyabrın 28-i axşamdan 29-u səhərədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.