Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən bildirir ki,
Bakıda və Abşeron yarımadasında
Martın 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən şimal-qərb küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-6, gündüz 10-14, Bakıda gecə 4-6, gündüz 12-14 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 757 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90 gündüz 60-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Martın 28-də bəzi yerlərdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 2-7, gündüz 12-17, bəzi yerlərdə 21 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.
Xəbərdarlıq
Martın 28-də ölkə ərazisində hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı gölzənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.