26 yaşlı gəncin müəmmalı şəkildə qolları kəsilib
29.11.2015 907 0.0 0

Zaqatalada 26 yaşlı gəncin müəmmalı şəkildə qolları kəsilib. Zaqatala Rayon Mərkəzi Xəstəxanasından verilən xəbərə görə, noyabrın 28-i saat 23:45 radələrində Zaqatala şəhəri Azərbaycan prospekti bina 39-da yaşayan 1989-cu il təvəllüdlü Vüsal Vahid oğlu Bəşirov hər iki qolunun bilək nahiyəsindən əllərinin tamamilə kəsilmiş xəsarəti ilə xəstəxanaya daxil olub.

 

Hazırda 26 yaşlı Vüsal Bəşirov əməliyyata qaldırılıb. Onun qollarının uclarında əməliyyat aparılır.

 

 

Faktla bağlı Zaqatala rayon polis şöbəsi tərəfindən araşdırma aparılır. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar