23 yaşlı gənc göldə batdı
05.07.2015 571 0
Qazeta.info Fövqəladə Hallar Nazirliyinə istinadla bildirir ki, Masallı rayonunda bir nəfər göldə bataraq dünyasını dəyişib.
Belə ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Masallı rayonu, Sığdaş kəndində 1 nəfər 1992-ci il təvəllüdlü Qurbanov Zəkəriyyə Xəlil oğlu göldə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 45 km aralı, nəzarətsiz ərazidə) çimərkən batmışdır. Z.Qurbanovun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 18:45-də başa çatmışdır.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər