23 dekabrda gözlənilən hava şəraiti
22.12.2015 724 0.0 0

Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən bildirirki,

Bakıda və Abşeron yarımadasında                                    

Dekabrın 23-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, çiskinli olacağı, axşama doğru buludluluğun artacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 9-13, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında

Dekabrın 23-də hava şəraitinin çiskinli olacağı, günün ikinci yarısında isə şimal və qərb rayonlarından başlayaraq yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

 

Tibbi-meteoroloji proqnoz

Dekabrın 23-25-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, arabir güclənən gilavar və xəzri küləklərinin tez-tez bir-birini əvəz etməsi meteohəssas insanlar üçün əsasən əlverişsizdir. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar