2256-cı ildən gələn adam - Endryu Karlsin - VİDEO
20.02.2016 898 0.0 0

İki həftə ərzində 800 dollar pul ilə 350 milyon dollar qazanmaq sizcə, təsadüfmüdür yoxsa bu bir şansdır?
ABŞ-da 2002-ci ildə Endryu Karlsin adlı birinin həbs edilməsinə məhz bu sual səbəb oldu.  O, New-York birjasından sadəcə 2 həftə içində 350 milyon dollar qazanmışdı. Endryu Karlsin 350 milyon dolları qazanmaq üçün ümumlikdə 126 riskli əməliyyat aparmışdı. O, şirkətlərin hissə sənədlərini alaraq vaxtında satmış və nəticədə çox böyük pullar qazanmışdı.  Endryu Karlsin iki həftə ərzində bir qəpik də itirməmişdi.  Alınan və satılan hissə sənədləri,  Endryu Karlsin üçün inanılmaz pullar qazandırmışdı. 

Endryunun uğurunu izləyənlər bunun necə baş verdiyini anlamırdılar. 44 yaşlı bu şəxsin uğurları davam etdikcə onunla bağlı jurnal və qəzetlərdə məlumatlar yayılmağa başladı.  Həftəlik  “Weekly World News” jurnalının müxbiri Mark Fosterin araşdırma nəticəsində əldə etdiyi materiallara görə, 44 yaşlı bu şəxsi heç kim tanımırdı. Bir müddət riskli əməliyyatlarına davam edən Endryu, nəhayət Nyu-York Fond Birjası Komissiyası tərəfindən nəzarətə götürüldü və onun hissə sənədlərini satın aldığı şirkətlərin menecerləri ilə kirli bir bittifaq qurduğu ilə bağlı fikir səsləndirərək FBİ-ya (Federal Təhqiqatlar Bürosu) müraciət edildi. 

 

 

Federal Təhqiqatlar Bürosu, 28 yanvar 2003-cü il tarixində Endryunu həbs etdi. Qolları arxadan bağlanan Endryu, 4 saat ifadə verdi. FBİ əməkdaşları cinayətkar qruplaşmanın digər üzvlərinin adını dəməsini Endryudan tələb etdilər. Onlar həmçinin saxlanılan şəxsdən kimə işlədiyini və pulları kimlərə verdiyini soruşdular. Enrdyunun ilk cavabı belə oldu - "Yalnız çalışıram. 2256-cı ildən gəlmişəm. 2002-ci ildə iqtisadi böhranın yaşanacağını bilirdim və məlumatları da arxivdən götürmüşəm" 

Təbii olaraq belə bir etirafdan sonra FBİ əməkdaşları şoka düşdü və Endryu  psixatriya klinikasına göndərildi.  Bu müddət ərzində FBİ əməkdaşları onun digər şəxslərlə əlaqəsinin olub-olmadığını araşdırdı. Lakin Enrdyunun umumiyyətlə heç kimlə əlaqə saxlamadığı məlum oldu. 1 həftə sonra isə psixatrların müayinə nəticələri açıqlandı. Açıqlamaya görə, Endryu Karlsin tamamilə sağlam idi. Bundan əlavə Endryu hələ də 2256-cı ildən gəldiyini iddia etməyə davam edirdi. 

 

Nyu-York Fond Birjası Komissiyası üzvünün dediyinə görə, onlar Endryuya inanmırlar: "Bu adamın nağıllarına inanmırıq. O, ya dəlidir, ya da  yalan danışdığına özünü belə inandırıb.  O, 800 dollarla iki həftə ərzində 350 milyon dollar qazanıb. Bunun şans olduğunu açıqlamaq mümkün deyil. 
Psixatrların açıqlamasından sonra Endryudan yenidən ifadə alındı. 2256-cı ildən gəldiyini iddia edən bu şəxs, AİDS xəstəliyi ilə bağlı gerçəkləri açıqlaya biləcəyini bildirdi. O, həmçinin "11 sentyabr" hadisəsindən sonra axtarılan Usame Bin Ladinin harda olduğu və onun aqibətinin necə olacağını bildiyini dedi.  

 

 

 

Hələ də 2256-cı ildən gəldiyini deyən Endry, gələcəyə getməsi üçün sərbəst buraxılmasını FBİ əməkdaşlarından xahiş etdi. Endryu sərbəst buraxarlarsa bilinməyən bir çox sirləri FBİ üçün açacağını bildirdi. O, həmçinin FBİ və polisin gerçəkləri qısa zamanda biləcəklərini də dedi. 
Endryu Karlsinlə bağlı mətbuatda yayılan məlumatlar "şok effekti" yaratdı. Lakin qısa bir müddət sonra "Endryu məsələsi" unuduldu və ya unutduruldu. Bu hadisənin necə bitdiyini heç kim bilmir. Müstəqil jurnalistlərin araşdırmaları heç bir nəticə vermədi. Endryu Karlsindən heç kim xəbər ala bilmədi.  Xəbəri ilk dəfə yayaımlayan “Weekly World News” jurnalının müxbiri Mark Foster isə gözlənilməz bir formada öz işini tərk etdi.  Mark hətta bu gün də suallara cavab vermək istəmir. Əldə edilən tək məlumat Nyu-York Birjasında çalışanlardan gəldi. Onların dediyinə görə, FBİ məsələni gizli olaraq araşdırmağa davam edib. 

Təbii ki, bu hadisənin təməlində təsadüflər ola bilər, amma tamamilə gerçək də ola bilər.... /bizimyol.info/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar