21 iranlı məhbus ölkəsinə təhvil verilib
02.03.2016 531 0
Bu gün 21 iranlı məhbus cəzalarının qalan hissəsini İranda çəkmək üçün ölkəsinə təhvil verilib.
Bu barədə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib. Bildirilir ki, onların arasında 3 qadın var: “Bu işlər iki ölkə arasında məhbusların mübadiləsinə dair sənədə əsasən aparılır. Azərbaycan həbsxanalarında olan digər iranlıların da İrana verilməsi ilə bağlı ən yüksək səviyyədə danışıqlar davam etdirilir. Hazırda Azərbaycan həbsxanalarında 128 İran vətəndaşı olan məhbus var, 63 nəfər isə istintaq təcridxanalarında saxlanılır”.
Məlumata əsasən, təhvilvermə işi Astara sərhəd-keçid məntəqəsində baş tutub./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər