21 gün əvvəl vurulan piyada xəstəxanada ölüb
31.01.2018 728 0.0 0

Mərkəzi Klinikada ölüm hadisəsi qeydə alınıb.

Qazeta.info "Report"un xəbərinə əsasən bildirir ki, yanvarın 10-da avtomobillə vurulan piyada xəstəxanada dünyasını dəyişib.

1959-cu il təvəllüdlü Mehbalıyev Qələndər Mahmud oğlunun Mərkəzi Klinikada hər iki ayağı amputasiya edilib. Lakin həkimlərin səyinə baxmayaraq, o, bu gün dünyasını dəyişib.

Qeyd edək ki, Q. Mehbalıyev Sabunçu rayonu, Zabrat qəsəbəsində yolu keçmək istəyən zaman "Mercedes" markalı minik avtomobili onu vurub. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Lakin vəziyyəti ağır olduğundan sonradan Mərkəzi Kliniya aparılıb. 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar