«20 Yanvar» metro stansiyasından istifadə edənlər mütləq oxusun
29.06.2016 781 0.0 0

Metronun “20 Yanvar” stansiyasının I vestibülündə quraşdırılmış 3 ədəd ET-5 tipli eskalator istismar müddətini başa vurduğu üçün dəyişdiriləcək.
 
“Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, bununla əlaqədar “20 Yanvar” stansiyasının I vestibülü bu ilin iyulun 1-dən etibarən sərnişinlərin giriş-çıxışı üçün müvəqqəti bağlanacaq. II vestibül (Azərsu ASC, Respublika Velotreki, Moskva prospekti, Diaqnostika mərkəzi tərəf) isə əvvəlki qaydada sərnişinlərin giriş-çıxışı üçün açıq olacaq.
 
“Bakı Metropoliteni” QSC yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir.
 
Qeyd edilir ki,  I vestibül bağlı olsa da keçid piyadalar üçün açıq olacaq. Yəni, sakinlər, keçiddən istifadə etməklə Zərdabi küçəsini bir tərəfdən digər tərəfə keçməkdə hər hansı problemlə üzləşməyəcəklər./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar