20 min yeni iş yeri yaradılacaq
17.12.2016 851 0.0 0

Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunda təxminən 20 min yeni iş yeri yaradılacaq.

Məlumata görə, bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə deyilir.

Qeyd olunur ki, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunda həyata keçiriləcək prioritetlərin 2020-ci ildə real ÜDM-i birbaşa 575 milyon manat, dolayı şəkildə isə 660 milyon manat olmaqla, ümumilikdə 1235 milyon manat artıracağı və təxminən 20 min yeni iş yerinin yaradılacağı proqnozlaşdırılır. Təsirin gerçəkləşdirilməsi dövlət-özəl resursları hesabına 1170 milyon manat investisiya qoyuluşu tələb ediləcəyi proqnozlaşdırılır.

Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunda göstərilən əsas təşəbbüslər Kənd Təsərrüfatı Nazirliyi tərəfindənəlaqələndiriləcək./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar