20 ildən bir görünən «sehrli dovşan» (FOTO)
27.03.2015 749 0
Li Veydonq adlı bir ekoloq çox nadir bir canlının şəklini çəkməyə nail olub.
Məlumata görə, həmin canlını ekoloq ilk dəfə 1983-cü ildə görüb. Lakin törəmələrinə yalnız 20 ildən sonra Çində Tyan-Şan dağlarında rast gəlinib.
Ən maraqlısı isə odur ki, 20 ildən sonra "sehrli dovşan"a yenə də məhz Li Veydonq rast gəlib və ekoloq onun şəklini çəkməyə nail olub.
"Ili Pika" adı verilən bu dovşanlar çox nadir hallarda göründükləri üçün mütəxəssislər onu "sehrli dovşan" adlandırıblar.
Alimlərin fikrincə, həmin heyvanların sayı təxminən 1000-ə qədərdir və nəsli kəsilməkdədir. /anspress/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər