20 Avqust hava məlumatı -Yağışl, küləkli hava müşahidə olunaçaq
19.08.2015 587 0.0 0

Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən bildirirki,

Bakı və Abşeron yarımadasında,

 

Avqustun 20-də hava şəraitinin dəyişkən buludlu, yağmursuz olacağı, axşam buludluluğun artacağı gözlənilir. Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək. 
Havanın temperaturu Abşeron yarımadasında gecə 23-26, gündüz 30-35, Bakıda gecə 24-26, gündüz 32-34 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunundan 761mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80, gündüz 40-50 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə isti olacaq. 

 

Azərbaycanın rayonlarında


Avqustun 20-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. 
Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 15-20, gündüz 26-31 dərəcə isti olacaq.


Tibbi-meteoroloji proqnoz


Avqustun 20-si axşam və avqustun 21-də Abşeron yarımadasında güclü xəzri küləyinin əsməsi bəzi meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, temperaturun aşağı enməsi müsbət amildir. Avqustun 22-də mülayim xəzri küləyi fonunda iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əlverişlidir.
Xəbərdarlıq
Avqustun 20-si 
axşamdan avqustun 23-ü gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin güclənəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək.    


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar