2022-2023-cü tədris ili üzrə Çində təhsil imkanı
21.12.2021 328 0.0 0

Çin Xalq Respublikası 2022-2023-cü tədris ili üçün təqaüd proqramı elan edir.


Qazeta.info Təhsil Nazirliyinin məlumatına əsasən bildirir ki, təqaüd proqramı “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində arzu etdikləri ixtisas üzrə təhsil almaq imkanı yaradır.


Təqaüd proqramına sənəd qəbulu 9 yanvar 2022-ci il tarixinə kimi aparılacaq. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı yekun qərarın 2022-ci ilin iyul-avqust ayları ərzində təqdim olunması gözlənilir.


Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar