2017-ci ilin ən yaxşı 50 mahnısı açıqlanıb - VİDEO
01.01.2018 968 0
"Rolling Stone" jurnalı ötən 2017-ci ilin 50 ən yaxşı mahsından ibarət siyahı tərtib edib.
Qazeta.info “Report” -a istinadla xəbər verir ki, jurnalın versiyasına görə, ötən ilin ən yaxşı bəstəsi britaniyalı Harri Staylsın "Sign of the Times" bəstəsi hesab edilib.
Siyahıda ikinci yeri yeni zelandiyalı müğənni Lordun "Homemade Dynamite" mahnısı tutub. Üçlüyü repçi Kenrik Lamarın "Humble" bəstəsi qapayıb.
Beşliyə həmçinin Kadri Binin "Bodak Yellow" bəstəsi və "U2" qrupunun "Lights of Home" mahnısı düşüb.
Eyni zamanda Top-10-luğa daxil olub: ispandilli Luis Fonsi və Deddi Yankinin "Despacito"su, "Bad and Boujee" ("Migos" qrupu və Lil Uzi Vert), "Feel It Still" ("Portugal. The Man" rok qrupu), "Lust for Life" (Lana Del Rey və "The Weeknd").
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər