2017-ci ildə NATO-Rusiya müharibəsi olacaq - MƏRUZƏ
14.12.2016 1212 0.0 0

NATO və Rusiya arasındakı münaqişə 2017-ci ilin potensial təhdidlərindən biridir.

“Reuters” agentliyinə istinadən xəbər verilir ki, bu haqda “ABŞ-ın beynəlxalq münasibətləri üzrə Şurası” ictimai təşkilatın məruzəsində deyilir.

Mümkün təhlükələrin siyahısında Şimali Koreya böhranı və Suriyada vətəndaş müharibəsinin kəskinləşməsi göstərilir. Həmçinin bildirilir ki, 2017-ci ildə təhdidlərindən biri Amerika infrastrukturuna dağıdıcı kiberhücumudur.

Təşkilat 2008-ci ildən potensial təhlükələr haqqında məruzələr hazırlayır. Tədqiqatın müəllifləri qeyd edirlər ki, yeni prezidentin administrasiyası ölkənin maraqlarını zədələyə biləcək təhlükələri qabaqcadan görməli və potensial böhranların qarşısını almalıdır./Publika.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar