2017-ci ildə GUAM-da sədrlik Gürcüstana keçib
09.12.2016 927 0
2017-ci ildə GUAM təşkilatına sədrlik Gürcüstana keçib. Məlumata görə, bu barədə qərar GUAM-ın Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 28-ci iclasında qəbul edilib.
Toplantı Hamburqda ATƏT XİNŞ iclası çərçivəsində keçirilib.
GUAM-ın XİNŞ iclası 2016-cı ildə qurumun yekun iclası olub. İclasda Azərbaycanın 2016-cı ildə GUAM sədrliyinin yekunları müzakirə olunub.
Qeyd edək ki, GUAM formatı 1997-ci ildə yaradılıb. Hazırda qurum “GUAM+ABŞ” və “GUAM+Yaponiya” formatlarında Vaşinqton və Tokio ilə sıx əməkdaşlıq edir./Trend/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər