2017-ci il: Qarabağda böyük müharibə gözlənilir
25.01.2017 4090 0.0 0

“Karnegi” Fondunun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə eksperti, Böyük Britaniyadan olan jurnalist Tomas de Vallın fondun saytında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı analizi dərc olunub.

Qazeta.info
 Publika.az  -a istinadla xəbər verir ki, ekspert 2017-ci ildə Qarabağ münaqişəsi zonasında hadisələrin daha pis ola biləcəyinə diqqət çəkir:

“Aprel müharibəsi yayda diplomatik fəallığı artırdı, lakin son altı ayda proses çox yavaş getməyə başladı. Nəhayət, münaqişə ətrafında qarşılıqlı ittihamlar həyəcanlı mərhələsinə qayıtdı.

Aprel toqquşmalarını yayda diplomatik fəallıq izlədi. Azərbaycanlılar müvəqqəti 1994-cü ildən atəşin dayandırılmasının rejimini bərkitməyə razılaşdılar, eyni zamanda, ermənilər daha çox hərtərəfli danışıq prosesini tələb etdilər. Atəşkəs rejimi tədricən laxlayır”.

Vall hesab edir ki, Qafqazda yeni müharibə minlərlə qurbana və iqtisadi qəzaya səbəb olacaq, lakin məsələ yenə də həll olunmamış qalacaq:

“Tərəflərin yeni müharibəyə cəlb olunması təhlükəsi mövcuddur”.

Cənubi Qafqazın Avropanın ən hərbiləşdirilmiş regionu olduğunu deyən Vall qeyd edir ki, aprel müharibəsində Azərbaycan müəyyən əraziləri azad etdi.

“Aprel toqquşmaları göstərdi ki, Bakı yeni hərbi variantlara daim hazırdır və erməniləri münaqişənin həllinə məcbur etmək üçün bunu gündəmdə saxlayır. Bu risk kiçik toqquşmalardan genişmiqyaslı müharibəyə keçə bilər. Və Azərbaycan ictimaiyyəti yeni müharibədə daha böyük ərazilərin azad olunmasını tələb edəcək. Bu baxımdan, Qarabağda yeni müharibənin qarşısını aktiv diplomatiya ilə almaq lazımdır. Cənubi Qafqazda yeni müharibə heç kim üçün arzuolunan deyil”, - deyə o yazıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar