2016-cı ildə ən böyük fəlakət proqnozu
31.12.2015 1101 0.0 0

2016-cı ildə qıtlıq, xəstəliklər milyonlarla insana ziyan vuracaq.

Məlumata görə, bütün bunlara "Əl Nino" cərəyanının təsiri səbəb olacaq. Cərəyan qlobal iqlimə olduqca böyük təsir göstərəcək. 

BBC-nin məlumatına görə, "Əl Nino"nun dünyanın bəzi bölgələrində quraqlıq, bəzi yerlərdə isə leysanlara səbəb olacağı barədə xəbərdarlıq edilib. 
Növbəti altı ayda cərəyan Karib dənizi hövzəsi, Mərkəzi və Cənubi Amerika, Qvatemala, Honduras, Nikaraquada da milyonlarla insana mənfi təsirini göstərəcək. 
Qlobal istiləşməyə səbəb olan "Əl Nino" 2015-ci ili tarixin ən qızmar ili kimi tarixə salmışdı. Gələn il isə onun təsirini daha da artıracağı proqnozlaşdırılır. 

 

İngiltərənin Reading universitetinin elm xadimi Nik Klingamanın sözlərinə görə, bir çox tropik ölkədə yağışların miqdarı 20-30 faiz azalıb. "İndoneziya tarixinin ən böyük quraqlığını yaşayıb. Hindistanda musson yağışlar 15 faiz az müşahidə edildi. Braziliya və Avstraliyada da eyni hadisələri gözləyirik". 

 

Nik Klingaman


Cərəyanın ən şiddətli təsiri isə Afrikada hiss ediləcək. Fevral ayında onsuz da qıtlıqla mübarizə aparan Afrika ölkələrində vəziyyət daha da gərginləşəcək. 
Bu gün Afrika qitəsində 31 milyon insan qida çatışmazlığından əziyyət çəkir. Bunun böyük bir qismi isə Efiopiyanın payına düşür. 
Humanitar yardım qurumları 2016-cı ildə Efiyopiyada 10,2 milyon, Cənubi Afrikada isə mart ayına kimi 3 milyon insanın humanitar yardıma möhtac olacağını deyib. 

"Əl Nino" cərəyanı Sakit Okeanda yaranır, su səthinin isinməsi ilə özünü göstərir. Hər 3-7 ildən bir təkrarlanan "Əl Nino" Sakit okeanın çox qızması nəticəsində yaranır. "Əl Nino" İspan dilində oğlan uşağı mənasına gəlir. 
Soyuma prosesi isə "La Nina" adlanır ki, bu da qız uşağı mənasına gəlir. 

 

1997-ci il ilə 2015-ci ilin müqayisəsi

 

"Əl Nino" yaratdığı effekt nəticəsində qasırğa, quraqlıq, su basqınları kimi təbii fəlakətlərə yol açır. 

Dünya Meteorologiya Təşkilatı (WMO) noyabr ayında son 15 ilin ən güclü, son 50 ilin isə üç ən güclü "Əl Nino" hadisəsi yaşandığı barədə məlumat yayıb. 

Bu cərayan hətta dünyanın ən quraq səhrasına da təsirsiz ötüşməyib. Belə ki, Atakama səhrası Yer kürəsinin ən quru səhrası hesab edilir. Çilidə yerləşən bu səhra artıq çiçəklərlə örtülüb. 

 


Çiçək tarlasına dönən səhranı ziyarət etmək üçün minlərlə turist bura ziyarətə başlayıb. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar