Neftin qiymətinin kəskin aşağı düşməsi xarici valyuta gəlirlərinin və tədiyə balansının profisitinin əhəmiyyətli azalmasına gətirib çıxarıb. Mərkəzi Bankın 2016-cı il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında qeyd edilib.
Bəyanatda qeyd edilir ki, bütün bunlar yüksək neft qiymətləri dövründə valyuta bazarında formalaşmış balansı prinsipial olaraq dəyişdirib, manatın məzənnəsinə təzyiqləri artırıb.
"Cari ilin ilk 5 ayında neftin dünya qiyməti artıma meyl göstərərək 1 barelə görə 68 ABŞ dollarınadək yüksəlsə də, sonradan yenidən kəskin azalaraq 1 barelə görə 37 ABŞ dollarına enib. Bu, son 11 ilin ən aşağı səviyyəsidir. Ümumilikdə 2014-cü ilin iyun ayından neftin qiyməti 3 dəfədən çox aşağı düşüb.
Dollar manata nisbətdə kəskin bahalaşıb.
2015-ci ildə xarici valyutaya tələbin kəskin artması şəraitində Mərkəzi Bankın məzənnə siyasəti makroiqtisadi dayanıqlığın təmin olunması və milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin gücləndirilməsi məqsədləri çərçivəsində həyata keçirilib.
2015-ci ildə valyuta bazarında xarici valyuta təklifinin əhəmiyyətli azalması, xarici valyutaya tələbin isə kəskin artması müşahidə edilib. Transfertlərin həcminin azalması şəraitində Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) valyuta satışları ötən illə müqayisədə 33% azalıb. Xarici valyutaya tələbin kəskin artması isə əsasən yüksək dollarlaşma ilə izah olunur.
Mərkəzi Bankın valyuta bazarında satışları 8 mlrd. ABŞ dollarını ötmüş, valyuta ehtiyatları isə 5 mlrd. ABŞ dollarınadək düşüb. Bunu nəzərə alaraq Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində “üzən məzənnə” rejiminə keçilməsi barədə qərar qəbul edib.
2016-CI İL ÜÇÜN PUL VƏ MALİYYƏ SABİTLİYİ SİYASƏTİ
İqtisadi siyasətin bütün istiqamətlərinin daha effektiv sinxronlaşdırılması vasitəsilə makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində Mərkəzi Bank hökumətlə birlikdə kompleks tədbirlər həyata keçirəcək.
2016-cı ildə Mərkəzi Bank pul siyasətinin çevikliyinin artırılmasına, milli iqtisadiyyatın maliyyə dayanıqlığının və beynəlxalq rəqabət qabiliyyətinin təmin olunmasına imkan verən siyasət həyata keçirəcək. Mərkəzi Bankın məzənnə siyasəti “üzən məzənnə rejimi”nin tələblərinə uyğun olaraq məzənnədə kəskin tərəddüdlərin hamarlanmasına yönələcək. Eyni zamanda hökumətlə birlikdə valyuta bazarının tarazlaşdırılmasına yönəlmiş əlavə tədbirlərin də görülməsi nəzərdə tutulur.
QLOBAL İQTİSADİ MÜHİT VƏ PROQNOZLAR
Yüksələn qlobal risklər fonunda 2016-cı ildə də dünya iqtisadiyyatında artımın zəif və kövrək olacağı, beynəlxalq əmtəə və maliyyə bazarlarında isə qeyri-müəyyən şəraitin qalacağı proqnozlaşdırılır.
BVF-nin son proqnozlarına görə, 2016-cı ildə qlobal iqtisadi artımın 3,8% olacağı gözlənilir. Bu, cari illə müqayisədə yüksək olsa da, son qlobal iqtisadi böhrandan öncəki 10 illə müqayisədə (4,2%) aşağıdır.
Bəzi məntəqələr dolların məzənnəsini göstərmir
Aparıcı ölkələrdə iqtisadi fəallıq və mərkəzi bankların monetar siyasəti qlobal maliyyə bazarlarına da təsirsiz qalmayacaq. Valyuta axınlarındakı qeyri-müəyyənliklər Azərbaycanın ticarət tərəfdaşı olan ölkələrin valyutalarının məzənnələrindəki dəyişkənliyi artıra bilər. ABŞ-da monetar siyasətin sərtləşməsi və dünya əmtəə qiymətlərinin azalması şəraitində inkişaf etməkdə olan ölkələrdə yeni devalvasiya dalğalarının yaşanacağı istisna deyil.
2016-cı il üçün dünya bazarında neftin orta qiyməti ilə bağlı müxtəlif proqnozlar verilir. Dünya neft bazarında təklifin tələbi üstələməsi şəraitində əksər analitik mərkəzlər neftin uzuclaşmaqda davam edəcəyini proqnozlaşdırırlar.
2015-ci ilin fevral-dekabr aylarında neftin qiymətindəki dəyişiklik
Mənbə: Bloomberg
MİLLİ İQTİSADİYYAT
2016-cı ildə Mərkəzi Bankın siyasəti milli iqtisadiyyata təsir edən xarici və daxili iqtisadi amillər, ortamüddətli proqnozlar nəzərə alınmaqla həyata keçiriləcək. 2016-cı ildə də qeyri-neft sektoru iqtisadi artımın başlıca mənbəyi olacaq.
Müxtəlif qiymət ssenariləri üzrə hökumətin və Mərkəzi Bankın adekvat siyasət reaksiyaları mövcuddur. Neftin 30 ABŞ dolları qiymətinə düşməsi perspektivləri nəzərə alınmaqla makroiqtisadi siyasətin yeni şəraitə adaptasiyası təmin ediləcək.
2016-CI İL ÜÇÜN PUL SİYASƏTİ
Mərkəzi Bank səlahiyyətləri daxilində qiymət sabitliyinə dəstək verməyə çalışacaq, başlıca olaraq baza inflyasiyanın idarə olunmasına yönəlmiş siyasət həyata keçirəcək.
2016-cı ildə Mərkəzi Bank iqtisadi tsikldən asılı olaraq pul bazarında likvidlik alətlərindən adekvat istifadə edəcək.
Azərbaycan manatı
MƏZƏNNƏ SİYASƏTİ
2016-cı ildə manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklif nisbətini müəyyən edən fundamental amillərin təsiri altında, “üzən məzənnə rejimi” çərçivəsində formalaşacaq. Eyni zamanda üzən məzənnə inflyasiyanın hədəflənməsi rejiminə keçidin başlıca şərtlərindən biridir.
2016-cı ildə xarici iqtisadi şoklar, neftin qiyməti, xarici ticarətdə tərəfdaş ölkələrin, xüsusən neft amilinin güclü təsir etdiyi ölkələrin milli valyutalarının dəyişməsi dinamikası valyuta bazarına və manatın məzənnəsinə təsir göstərən əsas amillər olacaq.
Bütün bunları nəzərə alaraq, 2016-cı ildə Mərkəzi Bank hökumətlə birgə sərəncamında olan imkanlardan istifadə etməklə valyuta bazarının tarazlaşdırılmasına və bu əsasda kəskin məzənnə tərəddüdlərinin hamarlanmasına çalışacaq.
Bəyanatın tam mətni ilə buradan tanış ola bilərsiniz./anspress/