2015 Cİ İLİN BAYRAM GÜNLƏRİ ELAN OLUNDU
24.11.2014 1578 0
Noyabrın 21-də Azərbaycan Respublikasının Nazirlər Kabineti "2015-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında" Qərar qəbul edib.
"Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli Qanunun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli Fərmanına əsasən, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının və Qafqaz Müsəlmanları İdarəsinin məlumatına uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə
2015-ci ildə 20, 21, 22, 23, 24 mart - Novruz bayramı,
17, 18 iyul - Ramazan bayramı,
24, 25 sentyabr - Qurban bayramıdır.
Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər