APA-nın bölgə müxbirinin məlumatına görə, Şəmkir hərbi birləşməsinə aparılan erməni əsirin jurnalistlər tərəfindən görüntülənməsinə icazə verilib.
*******
Bu gün Tovuz rayonundan 2 Ermənistan vətəndaşınin tutulması ilə əlaqədar xəbər yayılıb.
Xəbərin birini Azərbaycan Müdafiə Nazirliyi yayaraq bildirib ki,saat 13.30 radələrində Tovuz rayonunun ərazisində ermənilərin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.
Müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı alınıb. Aşkar olunan qrup yaxın məsafəyə buraxıldıqdan sonra dəstənin zərərsizləşdirilməsi istiqamətində tədbirlərə başlanıb. İtkilər verərək geri çəkilən təxribat-diversiya qrupunun 4 üzvü məhv edilib, daha bir üzvü Berd rayonun Çinari kənd sakini 1989-ci il təvəllüdlü Karen Petrosyan isə əsgərlərimiz tərfindən tutulub.
Hazırda dəstənin planı və fəaliyyətinin araşdırılması ilə əlaqədar iş aparılır.
Digər 2-ci xəbər isə Adı çəkilən rayonda fəaliyyət göstərən TTV-yə istinadən yayılıb,Belə ki xəbərdə, Tovuz rayonunun Ağbulaq kəndində kənd sakini Məmmədov Pərviz Paşa oğlu bu gün 1965-ci il təvəllüdlü Arduş Petrosyan adlı Ermənistan vətandaşı tutaraq müvafiq qurumların nümayəndələrinə təslim etdiyi bildirilir.Xəbərdə Pərviz Məmmədovun polisə izahat verərək,evdə olduğ vaxt həyətdə birilərinin onun anasından çay istədiyini səsə P.Məmmədovun həyətə çıxaraq həyətdəki şəxsin siqaretindən və.s şübhəli hərəktlərindən onun erməni olduğunu təsbit edib polisə təslim etdiyi bildirilir.Lakin onu da bildirək ki erməni vətəndaşının fotoları da yayımlanıb.
Xəbəri Müdafiə Nazirliyindən dəqiqləşdirməyə çalışırıq.