2000 ci ildə Rusiyanın nüvə sualtı qayığın ilə toqquşan NATO qayığı tapılıb
22.11.2021 461 0.0 0

“Kursk” sualtı qayığı ilə toqquşan NATO-ya məxsus sualtı qayıq Norveç sahillərində tapılıb.

Qazeta.info Rusiya mətbuatına istinadla bildirir ki, bunu açıqlamasında o zaman Şimal donanmasının komandanı olan Admiral Popov deyib. O, NATO sualtı qayığın, 2000-ci ildə "Kursk" adlı nüvə sualtı qayığ ilə toqquşma nəticəsində itdiyini bildirib.

Admiralın sözlərinə görə, çox güman ki, xarici sualtı qayıq "Kursk" su altı qayığı izləyib.

"Kursk" 2000-ci il avqustun 12-də Barents dənizində, Severomorsk şəhərindən 175 kilometr məsafədə 108 metr dərinlikdə batıb.Hadisə zamanı qayığda olan 118 nəfər heyətin bütün üzvləri həlak olub. Rəsmi versiyaya görə hadisə, gəmidə torpedonun partlaması və ya təlim zamanı sursatın partlaması nəticəsində baş verib. 

Bildirək ki, Rusiya və xarici mediada yayılan xəbərlərə görə, təlimlər keçirilən ərazidə ABŞ Hərbi Dəniz Qüvvələrinin "Memfis" və "Toledo" sualtı qayıqları, eləcə də Britaniya Hərbi Dəniz Qüvvələrinin "Splendid" sualtı gəmiləri olub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar