1 milyon 350 mindən çox miqrantın Rusiyaya girişi yasaqlanıb
06.05.2015 770 0.0 0

Miqrasiya haqqında qanunu pozan 1 milyon 350 min nəfərdən çox xarici vətəndaşın Rusiyaya girişi yasaqlanıb.

Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Federal Miqrasiya Xidmətinin (FMX) rəhbəri Konstantin Romodanovski bildirib. Onun sözlərinə görə, hazırda Rusiya ərazisində 10 milyona yaxın xarici vətəndaş var.
 
Rusiya prezidenti Vladimir Putinlə görüşən FMX rəhbəri miqrasiya haqqında qanunu pozan 1 milyon 350 min əcnəbinin Rusiyaya girişinin yasaqlandığını söyləyib: "Qanunu pozan miqrantların sayının necə azaldığının cədvəlini tərtib etmişik. Biz bunu ilk dəfə reallaşdırdıq. Ötən illərlə müqayisədə miqrantların sayında azalma baş verib. Rusiyaya işləmək üçün gələn bəzi ölkə vətəndaşlarının sayının azaldığını müşahidə edirik"./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar