Mexsikada “El Chapo” ləqəbli narkobaron Joaquin Guzman 2 ci dəfə həbsdən qaçıb.
Məlumata görə, Joaquin Guzman qazılan 1,5 kilometr uzunluğunda tunel vasitəsilə həbsdən qaçmağa nail olub. Nəzarətçilər onun saxlanıldığı yerə baş çəkəndə artıq gec olub. Hadisədən sonra Mexsikada polis əməliyyatlara başlayıb.
Polisin araşdırmaları nəticəsində məlum olub ki, Guzman son dəfə cümə axşamı saxlanıldığı həbsxanada hamam otağının yanında kameralar tərəfindən qeydə alınıb.
Mexsikanın Milli Təhlükəsizlik Nazirini Alejandro Rubido açıqlamasında bilidirib ki, tunel 50 sm genişliyində olub. ”Qaçış tuneli 1 metr dərinlikdən sonra başlanır və daha sonra 10 metr dərinlikdən sonra başqa bir tunellə birləşir”.
1993-cü ildə 20 il 9 ay həbsə məhkum edilən Joaquin Guzman 2001-ci ildə yenə həbsxanadan qaçmışdı.
Joaquin Guzman dünyanın ən varlı və təhlükəli narkotik alverçisi kimi tanınır. Onun sərvətinin 1 milyard dollara çatdığı bildirilir./anspress/