1 milyard insanı ölüm gözləyir
21.03.2015 875 0.0 0

Bu günkü meyllilik davam edərsə yaşadığımız əsrdə 1 milyarddan çox insan siqaret səbəbindən öləcək. 

Məlumata görə, bu barədə Dünya Ağciyər Fondunun hazırladığı hesabatda yazılıb. 

Hesabatda bildirilir ki, təkcə 2013-cü ildə 6 milyondan çox insan tütün istifadəsinə görə dünyasını dəyişib. 

 



Bu müddətdə tütün şirkətlərinin ümumi dövriyyəsi 44 milyard dollardan çox olub ki, bu da tütün sənayesinin ölən hər insandan 7 000 dollar qazandığın göstərir. 

Dünya Ağciyər Fondu və Amerika Xərçəng Dərnəyinin 2013-cü ilin məlumatları əsasında hazırladığı Qlobal Tütün Atlasına görə dünyada il ərzində 5 trilyon 500 milyarddan çox siqaret çəkilir. 

Bir çox inkişaf edən ölkələrdə siqaret istehlakı azalsa və ya sabit qalsa da Afrika ilə Asiyadakı kasıb ölkələrdə siqaret aludəçiliyi çoxalır. 

Qadınlar arasında da siqaret istehlakında və ağciyər xərçənginə yaxalanma hadisələrində çoxalma baş verib. Tütün Atlasına görə, 24 ölkədə qadınlar kişilərdən daha çox siqaret çəkir. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar