1 GÜNDƏ 5 UŞAQ DƏNİZDƏ BOĞULDU
07.08.2014 1696 0.0 0

1GÜNDƏ 5 UŞAQ DƏNİZDƏ BOĞULDU 

Bakının Xəzər rayonunda çimərlikdə ağır faciə baş yaşanıb. Mərdəkan-Şüvəlan çimərliyində 2 ailənin ümumilikdə 5 azyaşlı üzvləri dənizdə batıblar.

Məlumatda qeyd olunur ki, Mərdəkan çimərliyində çimərkən 14 yaşlı Aydan Fərziyeva və onun qardaşı 13 yaşlı Hüseyn Fərziyev batıb.

ANS PRESS-in hadisə ilə əlaqədar yaydığı məlumatda qeyd olunur ki, Digər hadisə isə Şüvəlan çimərliyində qeydə alınıb. Dənizdə çimən 10 yaşlı Kamalə Əliyeva, onun qardaşları, 9 yaşlı İlgün, Fariz Əliyev çimərkən boğulublar.Hadisə ilə əlaqədar Əldə etdiyimiz digər məlumata görə dərhal Fövqəladə Hallar Nazirliyinin  xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Nazirliyin xilasedicləri tərəfindən Aydan Fərziyeva və Kamalə Əliyevanın meyiti sudan çıxarılıb. Digərlərinin meyitlərinin axtarışı istiqamətində tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar