Barel və yaxud Barrel - neft və neft məhsullarının qeyri-metrik sistemdə ölçü vahididir. Barrel normal temperatur və təzyiq şəraitində 42 ABŞ qallonu - 158.988 litr deməkdir. 1 barrel = 0,136 t. neft, 7,3 barrel = 1 ton neft, 6,29 barrel = 1 m3 təbii qaza bərabərdir. Azərbaycan nefti «Azərilayt»ın 1 barreli 0,1365 tona bərabər tutulur.
Neft Bareli ( çəlləyi)
Barel (ing. barrel — çəllək) — maye həcminin qədim ingilis ölçü vahidi. Qısaca: br.
Pivə və elin ölçülməsi üçün İngiltərədə qədimdən pivə barelindən istifadə edirdilər:
1 pivə bareli = 2/3 xoqsxed = 2 kilderkin = 4 ferkin.
Pivə bareli (pivə çəlləyi)
Müxtəlif əsrlərdə pivə barelinin ölçüsü müxtəlif olurdu. Məsələn:
1454-cü ildə pivə və elin ölçülməsindən asılı olaraq barelin ölçüsü müxtəlif olurdu . 1 barel = 32 el qallon 147,88 litr = 36 qallon pivə 166,36 litr.
1688-ci ildə: 1 barel = 34 el qallonu = 157,12 litr.
1803-cü ildə: 1 barel = 36 el qallonu = 166,36 litr.
1824-cü ildə: 1 barel = 36 ingilis qalonu = 163,66 litr.
İngilis bareli
Tökülən material üçün «ingilis» bareli:
1 ingilis» bareli = 4,5 buşel = 163,66 litr.
ABŞ bareli
1 ABŞ bareli = 31,5 amerika qallonu = 119,2 litr = 1/2 xoqsxed.
1 ABŞ pivə bareli = 31 amerika qallonu (117,3 litr).