Sumqayıtda çoxsaylı cinayət əməli törədən gənc saxlanılıb.
ANS TV-nin məlumatına görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməliyatçıları şəhər ərazisində çoxsaylı oğurluq və quldurluq hadisələri törətməkdə şübhəli bilinən 19 yaşlı Bayramov Kənan Ədalət oğlunu həbs edib. Həmin şəxsin cinayətlərinin sayının təxminən 20-yə yaxın olduğu bildirilir. Ancaq bu hələlik öz təsdiqini tapan məlumatlardır. Kənanın başqa cinayətlərdə də barmağının aşkar olunacağı istisna deyil.
Kənan Bayramov bildiirb ki, oğurladığı siqareti sataraq onun pulu ilə kafedə yeyib-içib. O bir dəfə də yaxşı oğurluq edib, özünə şərait qurmağı düşünüb.
Saxlanılan Kənan Bayramov
Saxlanılan şəxsin dediyinə görə, oğurluq üçün girdiyi ilk evi az miqdarda pulla tərk edib. Bundan sonra növbəti cinayət əməllərini planlaşdırıb. Onun bu əməllərini Sumqayıt polisi vətəndaşa məxsus mağazaya soxulandan sonra ifşa edib. Dükana əli bıçaqlı girən Kənan Bayramov oradan pul və tütün məmulatları aparsa da, əldə etdiyi qənimətləri xərcləməyə imkan tapmayıb.
Hazırda Kənan Bayramova qarşı Cinayət Məcəlləsinin oğurluq və quldurluq maddələri ilə cinayət işi başlanıb./anspress/