19 noyabrda gözlənilən hava şəraiti
18.11.2016 1162 0.0 0

Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamentinin məlumatına əsasən bildirir ki,

Bakıda və Abşeron yarımadasında

 

Noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə çiskinli yağış yağacağı, gündüz fasilə olacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 6-8, gündüz 9-11 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 779 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında

Noyabrın 19-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, Lənkəran-Astara zonasında intensiv olacağı gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-7, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta,  gündüz 0-5 dərəcə isti olacaq. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar