19 apreldə gözlənilən hava şəraiti- XƏBƏRDARLIQ
18.04.2017 1259 0.0 0

Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən bildirir ki,

Aprelin 19-dahava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam  qısamüddətli yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub-qərb küləyi əsəcək,   günün ikinci yarısında  arabir güclənən şimal-qərb küləyi  ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə8-12, gündüz 20-25,Bakıda gecə 9-11, gündüz 22-24 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  758 mm civə sütunu,  nisbi rütubətgecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək. 

 

Azərbaycanın rayonlarında

Aprelin 19-dabəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı,ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 7-12, gündüz 18-23, dağlarda gecə2-7, gündüz8-13dərəcə isti olacağı gözlənilir.

 

Tibbi-meteoroloji proqnoz

Aprelin 19-da Abşeron yarımadasında atmosfer təzyiqinin təzadlı dəyişməsi, arabir güclənən gilavar küləyinin xəzri küləyinə keçməsi bəzi meteohəssas insanlarda narahatlıq yaratsa da, aprelin 20-də meteoroloji amillərin  zəif və mülayim tərəddüdü əsasən əlverişlidir.

 

Xəbərdarlıq

Aprelin 19-da bəzi rayonlarda hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar