18 yaşlı oğlan özünü asıb
05.03.2016 928 0.0 0

Tovuzda intihar hadisəsi baş verib.

 

Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Alakol kəndində qeydə alınıb. Kənd sakini, 1998-ci il təvəllüdlü Rəsul Nəriman oğlu Həsənov özünü asaraq intihar edib. İntiharın səbəbi hələlik məlum deyil. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci ( özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar