Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən bildirir ki,
Bakıda və Abşeron yarımadasında
Yanvarın 18-dəhava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam isə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 2-4, gündüz 6-9, Bakıda gecə 2-4, gündüz 6-8 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 65-75 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Yanvarın 18-də hava şəraitininəsasən yağmursuz keçəcəyi, şimal və şərq rayonlarında çiskinli yağış, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Yanvarın 18-19-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, rütubətli hava şəraiti bəzi insanlarda narahatlıq yarada bilər.