18 sentyabrda gözlənilən hava şəraiti
17.09.2017 1024 0.0 0

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi  ilə əvəz olunacaq.

 

Havanın temperaturunun gecə  19-22° isti, gündüz  30-35° isti, Bakıda gecə  19-21°, gündüz  33-35° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  763  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 70-80 %, gündüz  45-55 % olacaq. 

 

Azərbaycanın rayonlarında sentyabrın 18-də hava şəraiti əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə  18-23°, gündüz  31-36° isti, dağlarda gecə 13-18°, gündüz 22-27° isti olacağı gözlənilir. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar