18 il öncə qazılan quyudan isti su çıxmağa başlayıb
23.10.2017 994 0
Lənkəranda 18 il öncə qazılan su quyusundan isti su çıxmağa başlayıb.
Məlumata görə, Lənkəranın Səpnəkəran kənd sakini, İmaməli Əliyev 1999-cu ildə su quyusu qazdırıb və quyudan çıxan sərin sudan istifadə olunub. Bu ilin avqust ayında anidən quyunun suyu qaynamağa başlayıb. Hazırda quyuda suyun temperaturu 50 dərəcədən artıqdır.
Suyun temperaturu ilə yanaşı dadı da dəyişib. Hətta meyvə ağalarına verilən su ağacları yandırıb. Ailə hazırda quyunun suyundan məişətdə isti su kimi istifadə edir.
Onlar aidiyyatı qurumlardan suyun keyfiyyətinin yoxlanmasını, vəziyyətin yerində araşdırılmasını istəyirlər./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər