Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Noyabrın 17-də hava şəraitinin dəyişkən buludlu, gün ərzində yarımadanın bəzi yerlərində arabir çiskinli olacağı, arabir tutulacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 9-12, gündüz 15-17, Bakıda gecə 10-12, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Noyabrın 17-də gün ərzində arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 6-11, gündüz 15-18, dağlarda gecə 2-7, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Noyabrın 19-dək Abşeron yarımadasında mülayim hava şəraiti meteohəssas
insanlar üçün əsasən əlverişlidir.