17 martda gözlənilən hava şəraiti
16.03.2018 1271 0.0 0

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Martın 17-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 3-5, gündüz 9-12, Bakıda gecə 3-5, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Martın 17-də bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı,  gündüz yağıntının tədricən kəsiləcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Martın 17-si günün ikinci yarısınadək güclü küləkli və rütubətli hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişsiz olsa da, martın 18-19-da meteoroloji amillərin mülayim tərəddüdü nisbətən əlverişlidir. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar