Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə bildirirki, Bakı və Abşeron yarımadasında
Yanvarın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və axşam yarımadanın bəzi ərazilərində duman, çiskin olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, günün ikinci
yarısında arabir güclənəcək.
Havanın temperaturunun gecə 1-4, gündüz 7-11 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Yanvarın 16-da gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, Lənkəran-Astara zonasında isə yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2-7, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Yanvarın 16-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir. Yanvarın 17-18-də hava şəraitinin nisbətən qeyri-sabit keçəcəyi, arabir güclənən xəzri küləyi fonunda temperaturun ötən günlərlə müqayisədə bir qədər aşağı düşəcəyi, rütubətliliyin artacağı gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.