Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Oktyabrın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam yarımadanın bəzi yerlərində çiskinli olacağı gözlənilir. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 13-15, gündüz 18-22, Bakıda gecə 13-15, gündüz 19-21 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 764 mm civə sütunundan 759 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 45-50 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Oktyabrın 14-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 10-15, gündüz 18-23, dağlarda gecə 2-7, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Oktyabrın 14-15-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü əsasən əlverişli olsa da, arabir güclənən cənub və şimal küləklərinin tez-tez bir-birini əvəz etməsi meteohəssas insanlarda narahatlıq yarada bilər.