Türkiyədə ən çox axtarılan terrorçular siyahısının “qırmızı kateqoriya”sında olan və başına 3 milyon lirə (təxminən 1 milyon dollar) mükafat qoyulan İŞİD üzvü İlhami Balı ilə bağlı yeni faktlar üzə çıxıb.
Qazeta.info Publika.az-a istinadla bildirir ki, Türkiyə mediasının verdiyi xəbərə görə, Diyarbəkir, Ankara və Suruçda həyata keçirilən terror aktlarının əmrini İlhami Balı verib.
Türkiyənin Hatay vilayətində doğulan “Əbubəkr” kod adlı 33 yaşlı İlhami Balı 2009-cu ildə - “Əl- Qaidə” terror təşkilatının üzvü kimi həbs olunub. 2012-ci ildə isə Suriyaya keçərək əvvəl “Ən-Nüsra” Cəbhəsinə, bir il sonra isə İŞİD-ə qoşulub.
İŞİD-in Suriyadakı gömrük səlahiyyətlisi olan İlhami Balı Türkiyədən Suriyaya keçən “cihadçılar”ın fəaliyyətini koordinasiya edib. İŞİD-in nəzarət etdiyi Cerablus, Atmeh və Rakkada fəaliyyət göstərən Balının telefon danışıqları dinlənilib. 2014-cü ilin sonunda Kobani PYD-nin nəzarətinə keçdikdən sonra izini itirə bilib.
Balı 2013-2014-cü illərdə bir neçə dəfə gizli yollarla Türkiyəyə keçərək Qaziantep və Kilisdə toplantılara qatılıb. O, sonuncu dəfə sentyabrın 1-də Türkiyəyə keçməyə cəhd edib.
İlhami Balı İŞİD-in “Türkiyə şeyxi” olaraq tanınır.