13 yaşlı güləşçi 5-ci dəfə ölkə çempionu olub
04.07.2016 691 0
Türkiyənin Mersin şəhərində yaşayan 13 yaşlı Hamza Zopalı güləş yarışlarında 5-ci dəfə ölkə çempionu olaraq rekorda imza atıb.
Qazeta.info "Report"un məlumatına əsasən, yeniyetmə pəhləvan 2016-cı ildə həm yunan-Roma, həm də sərbəst güləş yarışlarında iştirak edib.
3 ildir güləşlə məşğul olan Zopalı bir neçə aydan sonra Balkan ölkələri arasında keçiriləcək güləş yarışlarında kişilər kateqoriyasında mübarizə aparacaq.
Qeyd edək ki, 13 yaşlı idmançı 11-15 yaş kateqoriyalarında çıxış edib.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər