İspaniyanın Ovyedo universitetinin alimləri eksperimental siçanların həyatını 65 faizə qədər artırmağa müvəffəq olublar. Əldə edilmiş nəticə insanlar üzərində tətbiq edilsə və uğurlu olarsa həyat davamlılığını 135 ilədək uzatmaq mümkün olacaq. Bu barədə Nature Cell Biology jurnalında dərc edilən məqalədə bildirilir.
Əslində alimlərin məqsədi heç də cavanlıq eliksirini tapmaqdan ibarət deyildi. Onlar nadir xəstəliklərə düçar olmuş və 18 yaşa çatmamış vəfat edən xəstələrdə hüceyrələrin vaxtından əvvəl qocalmasına qarşı dərman axtarırmış.
Mikrobioloqlar iki molekulun köməyi ilə hüceyrələrin yenidən proqramlaşması mexanizmini taparaq ona müasir preparatlar vasitəsilə təsir etməyə nail olub. Dərman yalnız xəstələrin deyil, həmçinin 90 yaşdan yuxarı sağlam insanların hüceyrələrini cavanlaşdırmağa imkan yaradır.
Hazırda alimlər bütün diqqətlərini qocalma prosesinə görə cavabdeh olan xüsusi zülalı insan orqanizmindən ayırıb çıxartmağa cəmləşdirilmək niyyətindədir. Onların fikrincə, cəmi bir neçə təhqiqatın həyata keçirilməsindən sonra əsl "cavanlıq eliksirini" yaratmaq mümkün olacaq./anspress/
Ovyedo universitetinin alimlərinin təhqiqatlarını əks etdirən fotoşəkil